Past TEDx event
TEDxSumgait
This independently organized TEDx event brings the community together to share ideas worth spreading.
Speakers
Speakers may not be confirmed. Check the event website for the latest lineup.
Aqşin Yenisey
Azərbaycan ədəbiyyatına adını yazmağı bacarmış şair və yazıçı Aqşin Yenisey oxucuları ilə müntəzəm olaraq görüşlər keçirir, müxtəlif mövzularda çıxışlar edir.
Aynur Xəlilova
İxtisasca genetik olan Aynur xanım karyerasını fərqli sahədə qurmaq qərarına gəlir. Belə ki, 2013-cü ildən dəblə bağlı bloq yazmağa başlayır və 2 il sonra ilk atelyesini açır. 2020-ci ildə isə “Dably Baku” yerli geyim brendinin həmtəsisçisi olur. Onu “Hərşeyşünas” podkastından da tanıya bilərsiniz.
Cəlalə Nəzəroğlu
Aparıcı və redaktor kimi fəaliyyət göstərmiş Cəlalə xanım nitq təlimçisi və “Diksiya Akademiyası”nın direktorudur.
Fərhad Pərvizi
Sosial mediada mövzulara fərqli yanaşan iqtisadçı-ekspertdir.
Fərid Mustafayev
Azərbaycan turizminin inkişafı üçün çalışır.
Fərid Rəsul
Aparıcı Fərid Rəsul retro avtomobillərlə dünyanı gəzərək bununla bağlı sosial media hesablarında vloglar hazırlayır
Pərviz İsaqov
Sumqayıt şəhərində böyüyən PRoMete musiqi prodüseri və reperdir. Həmçinin “mikpro” və “PicMus” şirkətlərinin həmtəsisçisidir.
Ramilə Şamilova
Azərbaycan Rəssamlar İttifaqının üzvü, “LéRami” art studionun təsisçisi, rəssam və art kurator Ramilə Şamilova çox sayda sərgilər təşkil edib və incəsənət barədə müxtəlif çıxışları olub.

